Zelenski Ukraynanın əks-hücum sürətinə uyğun yardım istəyir

Xəbərin çap versiyası
Tarix: 20-09-2022, 21:32


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrini əks-hücum əməliyyatında sıxışdırıb çıxardıqdan sonra ölkəsinin şimal-şərqindəki Xarkiv vilayətində vəziyyətin “sabitləşdirildiyini” deyib və beynəlxalq ictimaiyyəti Ukraynaya yardımı sürətləndirməyə çağırıb.

Civilazerbaijan.com
bildirir ki, Zelenski bazar ertəsi gecə etdiyi çıxışında deyib ki, hazırkı mərhələdə hadisələrin hansı tempdə baş verməsi olduqca vacibdir.

“Azad edilmiş ərazilərdə sabitləşmənin sürəti, qoşunlarımızın hərəkət sürəti, işğaldan azad edilmiş ərazidə normal həyatın bərpasının sürəti və tərəfdaşların dəstəyinin sürəti. Biz bu barədə səmimi danışırıq - Ukraynaya yardımın sürəti bizim hərəkətimizin sürətinə uyğun gəlməlidir,” Zelenski deyib.

Böyük Britaniyanın baş naziri Liz Truss çərşənbə axşamı verdiyi açıqlamada Böyük Britaniyanın gələn il Ukraynaya 2,6 milyard dollar və ya 2022-ci ildə daha çox yardım edəcəyini bildirib.

“Ukraynanın son həftələrdə qazandığı qələbələr ruhlandırıcı olub. Bu cəsur insanlar dəfələrlə onlara şübhə edənlərə meydan oxuyub və onlara lazım olan hərbi, iqtisadi və siyasi dəstək verildiyi təqdirdə nə edə biləcəklərini göstərib” - deyə, Trass bildirib.

Baş nazirin ofisi onun dünya liderlərinin Nyu-Yorkda Baş Assambleyanın sessiyasına toplaşdığı vaxt oradakı görüşlərindən Britaniyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini gücləndirmək və “Rusiyanın enerji ixracatından gəlir əldə etməsinin qarşısını almaq və eyni zamanda avtoritar rejimlərdən enerji asılılığına son qoymaq” məqsədilə qlobal səyləri sürətləndirmək üçün istifadə edəcəyini bildirib.

Zelenskinin çərşənbə günü əvvəlcədən yazılmış mesajla BMT toplantısı qarşısında çıxış edəcəyi planlaşdırılıb.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Rusiya oliqarxı Yevgeniy Priqojin tərəfindən idarə olunan hərbiləşdirilmiş “Vaqner Qrupu” şirkətinin Ukraynada müharibədə iştirak etmək üçün 1500 məhkumu cəlb etməyə çalışdığını bildirib. Lakin o, bir çoxunun bundan imtina etdiyini deyib.

“Əldə etdiyimiz məlumata görə, “Vagner” Ukraynada, əsasən də gənc və təcrübəsiz döyüşçülər arasında böyük itkilər verir,” adının açıqlanmasını istəməyən rəsmi müxbirlərə deyib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Avropa İttifaqı “Vaqner Qrupu”nu Kremlin adından gizli əməliyyatlarda ittiham edərək, qrupa qarşı sanksiyalar tətbiq edib.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, prezident Vladimir Putin qrupun Rusiya dövlətini təmsil etmədiyini deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz