Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib
Tarix: 21-09-2022, 12:47
Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başlanması ilə bağlı xalqa müraciət edib.
Civilazerbaijan.com bildirir ki, prezidentin müraciətini Rusiya televiziyası nümayiş etdirib.
Putinin sözlərinə görə, ehtiyatda olan, artıq Rusiya Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş və uyğun hərbi ixtisasa malik olanlar hərbi xidmətə çağırılırlar. Çağırışçılar bölmələrə göndərilməzdən əvvəl mütləq əlavə hərbi hazırlıq keçəcəklər.
"Rusiyanın doğma adamlarını - "Donsetsk Xalq Respublikası" və Luqansk Xalq Respublikası"nın sakinlərini cəllad tərəfindən parçalanmağa təslim etməyə mənəvi haqqı yoxdur və onların öz gələcəklərini təyin etmək istəyinə cavab verməyə bilməz", - Putin bəyan edib.
Qismən səfərbərlik elan edildikdən sonra Ukraynadakı müharibənin məqsədləri açıqlanıb.
Prezidentin sözlərinə görə, məqsəd dəyişməz qalır - ilk növbədə, "Donsetsk Xalq Respublikası" və Luqansk Xalq Respublikası" azad edilməlidir. O deyib ki, artıq "LXR “tamamilə azad edilib”, DXR isə qismən.
"Rusiya “LXR”, “DXR”də, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək. Referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şeyi edəcəyik”, - Putin xalqa müraciətində deyib və əlavə edib ki, bölgə əhalisinin çoxluğunun referendumda qəbul edəcəyi qərarı dəstəkləyəcəklər.
“LXR”, “DXR”-də, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməyə dair referendum 23-27 sentyabr tarixlərinə təyin edilib, Toplum TV-nin məlumatında qeyd olunur.
Putin bəyan edib ki, Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, "bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu, blef deyil".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər