Boris Consondan Rusya-Ukrayna müharibəsi haqqında YENİ AÇIQLAMALAR

Xəbərin çap versiyası
Tarix: 23-11-2022, 13:26


“Rusiya işğalı başlamazdan əvvəl Almaniya Ukraynanın tez bir zamanda məğlub olacağına ümid edirdisə, Fransa müharibəyə inanmırdı”.

Civilazerbaijan.com
bildirir ki, bunu Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson CNN telekanalına müsahibəsində deyib.

Consonun sözlərinə görə, Almaniya düşünürdü ki, əgər bu baş versə, fəlakət olacaq, onda hər şeyi tez bitirmək, Ukraynaya isə təslim olmaq daha yaxşı olar:

“Fransa hakimiyyəti də silahlı münaqişənin başlanması ehtimalını son ana qədər inkar edib”.

B.Conson İtaliyanın keçmiş Baş naziri Mario Draqinin hökumətini tənqid edib:

“İtaliyanlar Rusiyanın enerjisindən “böyük asılılığa” görə Moskvaya təzyiqləri dəstəkləyə bilməyəcəklərini deyirdilər”.

Meydan TV-nin məlumatında qeyd olunur ki, sabiq Baş nazir Rusiya barəsində də danışıb.

Deyib ki, Rusiya lideri özünü aldadırdı: “Guya Ukraynaya girəcək rus tankları gül-çiçəklə qarşılanacaq, bəzədiləcəkdi. Amma şəhərlər dağıdıldı, on minlərlə günahsız dinc sakin qəddar bombardmanlarda öldürüldü. Məktəblərə, uşaq bağçalarına və xəstəxanalara hücumlar oldu”.

“Putinin qoşunlarının geri çəkildiyi hər yerdə biz onun hərbi cinayətlərinin sübutlarını görürük: sistematik zorakılıq, işgəncə kameraları, minalar və onları tapan mülki şəxsləri şikəst etmək üçün hazırlanmış tələlər”, – deyə Conson bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz