Putin məsuliyyətə cəlb olunacaq, Rusiya Ukraynaya dəymiş ziyanı ödəyəcək - G7-dən BƏYANAT

Xəbərin çap versiyası
Tarix: 13-12-2022, 14:18


Rusiya Prezidenti Ukraynaya təcavüzə görə məsuliyyətə cəlb olunacaq və Rusiyanın Ukrayanaya dəyən zərəri ödəməsi üçün iş aparılacaq.

Civilazerbaijan.com
bildirir ki, bu, G7 (Böyük Yeddilik) iştirakçılarının dekabrın 12-də keçirilən sammitinin yekunlarına dair bəyanatında öz əksini tapıb.

"Rusiya amansız müharibə nəticəsində zədələnmiş və ya məhv edilmiş kritik infrastrukturun bərpasının əvəzini ödəməli olacaq. Müharibə cinayətləri və digər vəhşiliklər cəzasız qala bilməz. Biz Prezident Putini və məsul şəxsləri beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edəcəyik", -bəyanatda qeyd edilib, amma bu istiqamətdə hansı konkret addımların atılacağı göstərilməyib.

G7 ölkələri sammitdə növbəti dəfə Ukraynaya tam dəstəklərini ifadə ediblər və müharibənin bitməli olduğunu vurğulayıblar: "Rusiya atəşi dayandırmalı və bütün qoşunlarını Ukraynadan çıxarmalıdır".

Toplum TV xəbərində qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə videobağlantı vasitəsilə iştirak edib. O, çıxışında sülh prosesini sürətləndirəcək üç addım təklif edib. Z

elenski hərbi yardımın gücləndirilməsini, maliyyə, enerji və sosial sabitliyin qorunması üçün Ukraynaya kömək göstərilməsini, habelə Qlobal Sülh Formulu Sammitinin çağırılmasını təklif edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz