Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün azadlıqdan məhrumetmə CƏZASI
Tarix: 14-12-2022, 22:09
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün azadlıqdan məhrumetmə cəzası verilib.
Civilazerbaijan.com bildirir ki, o, Mərkəzi Seçki Komissiyasının (YSK) üzvlərini təhqir etməkdə ittiham olunub.
Anadolu 7-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda Əkrəm İmamoğlu iştirak etməyib. Prosesə partiyaların vəkilləri və bir çox deputat da qatılıb.
Türkiyə müxalifətini təmsil edən Cümhuriyyət Xalq Partiyası (CHP) və onun üzvü Əkrəm İmamoğlu bu qərarın siyasi olduğunu bildiriblər. İmamoğlunun qərardan şikayət etmək hüququ var.
Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.
Meydan TV-nin məlumatında qeyd olunur ki, Türkiyənin sabiq prezidenti Abdulla Gül Anadolu 7-ci Asliye Cəza Məhkəməsinin Əkrəm İmamoğlu ilə bağlı qərarını pisləyib.
O, qərarı “Türkiyəyə qarşı böyük haqsızlıq” adlandırıb.
Gül bildirib ki, millətin iradəsi hər şeydən üstündür: “İnanıram ki, növbəti məhkəmə instansiyaları bu yanlışlığı aradan qaldıracaq”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər