ABŞ Putinin bayram atəşkəsi haqqında bəyanatını arsızlıq adlandırıb

Xəbərin çap versiyası
Tarix: 6-01-2023, 14:32


Cümə axşamı ABŞ Rusiya prezidenti Vladimir Putinin Milad Bayramında müvəqqəti atəşkəs elan etmək çağırışını qəbul etməyərək, bunu yenidən qruplaşmaq və Ukraynaya yeni hücum həyata keçirmək üçün "arsız hiylə" adlandırıb.

Civilazerbaijan.com
bildirir ki, mətbuat katibi Ned Prays belə deyib: "Bunu daha şiddətli, daha ölümcül yeni hücum üçün edirlər", xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Prays gündəlik brifinqdə jurnalistlər qarşısında çıxışında açıq şəkildə bildirib ki, Vaşinqton Putinin səmimiliyinə çox az inanır və əlavə edib ki, Kreml məmurları "onlara inanmaq üçün bizə heç bir əsas verməyib".

Putin bu cür çağırışlarla Qərbi manipulyasiya edir? Bu suala cavabda Prays deyib ki, əgər belədirsə, Putin "yanılır".

Praysın şərhi cümə axşamı ABŞ və Almaniyanın Ukraynaya əlavə döyüş texnikası göndərmək barədə razılıq əldə etməsindən sonra səslənib və bu qərar Kiyevin Rusiya ilə mübarizə üçün Qərbdən daha güclü tankları əldə edəcəyi mənasına gələ bilər. Belə ki, Vaşinqton Bradley zirehli maşını göndərəcək, Almaniya isə Ukraynaya Marder piyada döyüş maşını göndərmək niyyətindədir.

Amerikanın Ukrayna üçün təxminən 2,8 milyard dollar dəyərində yeni hərbi yardım paketinə 50-yə yaxın Bradley avtomobili daxil olacaq. Paketin bu gün təqdim ediləcəyi gözlənilir, Turanın məlumatında qeyd olunur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.

Putin bu addımını Patriarx Kirillin müraciəti əsasında atdığını qeyd edib.

Bu barədə məlumatı Kremlin.ru yayıb.

“Pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın hərbi əməliyyatların aparıldığı ərazilərdə yaşadığına əsaslanaraq, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də bayram günü mərasimlərdə iştirak etmək imkanı verməyə çağırırıq”, – deyə Putin bildirib.

Həmçinin Ukrayna Prezidentinin Ofisi də Putinin 6-7 yanvar tarixlərində elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.

Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.

“Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra “müvəqqəti barışıq” əldə oluna bilər. “İkiüzlülüyü özünüzə buraxın…”, – deyə Podolyak əlavə edib.

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko isə Ukrayna ərazilərinin hələ də atəşə tutulduğunu deyib.

“Berislav, Xerson vilayəti… Bu gün şəhərdə faciəvi xəbər var. İşğalçıların atdığı mərminin evə düşməsi nəticəsində bir ailə həlak olub. Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Əlbəttə, onların, sadəcə, ukraynalı olması faktı“, – Timoşenko vurğulayıb, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz