Ukraynanın daxili işlər naziri və müavini helikopter qəzasında həlak olub

Xəbərin çap versiyası
Tarix: 18-01-2023, 13:12


Kiyev vilayətində helikopter qəzaya uğrayıb, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə yanvarın 18-də "Radio Svoboda" məlumat verir.

Bildirilir ki, Kiyev vilayətinin Brovarı şəhərində çərşənbə günü, yanvarın 18-də səhər saatlarında helikopter uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb. Nəticədə binada yanğın ba verib. İlkin məlumatlara görə, ikisi uşaq olmaqla 16 nəfər ölüb. 10-u bağça şagirdi olmaqla 22 nəfər xəstəxanaya yerləşdirilib.

Ukrayna teleqram kanalları milli polisin rəhbəri İqor Klimenkoya istinadən xəbər verir ki, helikopterdə Daxili İşlər Nazirliyinin rəhbərliyi - ümumilikdə 9 nəfər olub. Daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və naziliyin katibi Yuri Lubkoviç həlak olublar.

Kiyev vilayətinin administrasiyasının rəhbəri Aleksey Kulebanın sözlərinə görə, helikopter uşaq bağçası ilə yaşayış binası arasına düşüb. Bağçada uşaqlar və müəllimlər olub. Onlar təxliyə edilib.

Qəzaya nəyin səbəb olduğu hələlik açıqlanmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz