Qlobal təhlükə barədə xəbərdarlıq edildi
Tarix: 10-04-2017, 01:30
Tezliklə əriyən buzlar səbəbindən Yer kürəsinin suya qərq olacağı açıqlanıb.
ABŞ kosmik agentliyi NASA on ildir ki, buzlaqların vəziyyətini izləyir və "IceBridge" missiyası çərçivəsində hava şərtlərini öyrənir.
"Qaynar" "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, agentlikdən mövcud durumla bağlı yeni açıqlama gəlib. Bu il martın əvvəlində alimlər bildiriblər ki, Arktikada dəniz buzlarının həcmi müşahidə olunduğu bütün dövrlər içərisindəki ən aşağı səviyyəsinə çatıb. Buzlaqların ərimə sürəti isə ekspertlərin bütün proqnozlarını ötüb keçib.
Ötən 10 il ərzində çoxillik buzların həcmi 15% azalıb. Nəticədə dünya okeanının səviyyəsi sürətlə 40 santimetr artıb. "IceBridge" missiyasının Kanada, Qrenlandiya və Şimal Buzlu Okeanı üzərində həyata keçirilən 8 saatlıq uçuşunu "Getty Images" agentliyinin fotoqrafı Mario Tama müşayiət edib. Ona Arktika buzlarının necə tədricən yoxa çıxmasını öz gözləri ilə görmək və bu gözəlliyin kadrlarını çəkmək nəsib olub. Tama öz fotoobyektivinin köməyi ilə dünyanın ən soyuq ucqarlarında baş verənləri fotoların yaddaşına köçürüb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər