Növbəti həftələr Rusiya-Ukrayna müharibəsi üçün həlledici olacaq - ŞARL MİŞEL

Xəbərin çap versiyası
Tarix: 25-01-2023, 13:12


Avropa Şurasının rəhbəri Şarl Mişel bəyan edib ki, növbəti iki-üç həftə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həlledici olacaq.

Civilazerbaijan.com
bildirir ki, o bu barədə “El Mundo”ya müsahibəsində söyləyib, – “Suspilnoye” sitat gətirir.

“Yaxın həftələr – iki və ya üç – həlledicidir. 2023-cü ildə baş verəcəklər və bir çox başqa şeylər növbəti bir neçə həftədən asılıdır. Bu, bizim gələcəyimizi müəyyənləşdirəcək”, – Mişel qeyd edib.

Onun söylədiyinə görə, dünya Ukraynanı zəruri köməklə təmin etməli, o cümlədən tanklar verməlidir. Avropa Şurasının rəhbəri deyib ki, AŞ qısa müddət ərzində mühüm qərarlar qəbul etməlidir.

Bundan başqa, Şarl Mişel qeyd edib ki, Ukraynanın müharibədə uduzması gələcəkdə Avropa üçün “son dərəcə təhlükəli hadisə” ola bilər.

Şarl Mişel 2023-cü il yanvarın 19-u Ukraynaya səfər edib və prezident Volodimir Zelenski ilə görüşüb. Avropa Şurasının rəhbəri Ali Radada çıxışı zamanı həmçinin qeyd edib ki, müharibədə yaxın həftələr və aylar həlledici olacaq, bu səbəbdən Ukraynanın təcili surətdə gücləndirilmiş HHM sisteminə, uzaq mənzilli raketlərə və tanklara ehtiyacı var.

Yeni hücumların gözlənilməsi

Dekabrın sonu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Reznikov bəyan edib ki, Ukrayna yaxın üç-dörd aya çox fəal şəkildə hazırlaşır, belə ki həmin aylar müharibədə həlledici ola bilər.

Daha sonra hərbi kəşfiyyatın rəhbəri Kirill Budanov xəbər verib ki, Ukrayna yazda böyük hücuma hazırlaşır, ən amansız döyüşlərsə martda gözlənilir. Danilovsa qeyd edib ki, rusiyalılar fevral ayında cəbhədə yeni kəskinləşmə gözləyirlər.

Müdafiə naziri Aleksey Reznikov yanvar ayında bəyan edib ki, Rusiya işğal olunmuş ərazilərdən hücum üçün güc toplaya bilər, hər iki tərəf üçünsə cəbhədə irəliləməyə ən yaxşı zaman kəsiyi yazdır.

Hərbi kəşfiyyatda isə Donetsk və Luqansk vilayətlərində fəal döyüş fəaliyyətini yaxın iki ayda (fevral-mart) proqnozlaşdırırlar.

Meydan TV-nin məlumatına görə, bundan başqa, Ukrayna hərbi qüvvələrinin Baş qərargahında Belarus ərazisindən hücumu istisna etmirlər: hücum təhlükəsi ilboyu qüvvədə qalacaq. Bununla belə, Belarusda həmləçi qruplaşmanın yaradılması əlamətləri hələ ki aşkarlanmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz