Gürcüstan məhkəməsindən Mixeil Saakaşvilinin apellyasiya şikayətiylə bağlı QƏRAR

Xəbərin çap versiyası
Tarix: 7-02-2023, 13:27


Bazar ertəsi Gürcüstan məhkəməsi sabiq prezident Mixeil Saakaşvilinin həbsdən səhhətinə görə azad edilməsi ilə bağlı müraciəti rədd edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Saakaşvilinin vəkilləri məlumat verib.

2004-2013-cü illərdə Gürcüstana rəhbərlik etmiş Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib. Onun tərəfdarlarının fikrincə bu ittiham siyasi motivlidir.

Saakaşvilinin komandasının yaydığı bəyanatda deyilib ki, Gürcüstanın eks-prezidenti məhkəmənin qərarını siyasi rəqibləri tərəfindən ona verilən “ölüm hökmü” adlandırıb.

"Gürcüstan məhkəməsi tamamilə gülməli keçdi. Hökumətin ekspertləri məni görmək belə istəmədilər. İndi mən həqiqətən ölümə məhkum edildim" deyib Saakaşvili.

Saakaşvilinin sağlamlığına nəzarət edən şəxsi həkimləri həbs edildikdən sonra onun dəfələrlə aclıq aksiyası keçirdiyini və bu səbəbdən səhhətinin xeyli pisləşdiyini deyib.

Vəkilləri onun xaricdə müalicə olunması üçün cəzasının ləğv edilməsini istəyib.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, Saakaşvilinin siyasi opponentləri olan gürcü rəsmiləri iddia edirlər ki, Gürcüstanın eks-prezidenti həbsdən vaxtından əvvəl azad olunmaq üçün özünü xəstəliyə vurur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz