Putinin hücumu bütün dünya üçün sınaq idi - BAYDEN

Xəbərin çap versiyası
Tarix: 8-02-2023, 17:44

Foto: The Texas Tribune

Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden (Joe Biden) ABŞ Konqresinə müraciətində bildirib ki, Vladimir Putinin Ukraynaya qarşı amansız müharibəsi Amerika və bütün dünya üçün sınaqdır.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri ABŞ Konqresindən məlumat verib.

"Putinin hücumu əsrin sınağı idi. Amerika üçün sınaq idi. Bütün dünya üçün sınaq idi”, - Bayden deyib. "Avropanın İkinci Dünya Müharibəsi zamanı yaşadığı dağıntılara səbəb olan öldürücü hücum", - o əlavə edib.

“Biz ən əsas prinsipləri müdafiə edəcəyikmi? Suverenliyi müdafiə edəcəyikmi? İnsanların zülm olmadan yaşamaq hüququnu müdafiə edəcəyikmi? Bir il sonra deyirik: bəli edəcəyik".

"Biz NATO-nu birləşdirdik və qlobal koalisiya yaratdıq. Biz Putinin təcavüzünə qarşı çıxdıq və Ukrayna xalqı ilə birlikdə olduq", - o deyib.

O, clasda iştirak edən Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovaya müraciət edərək deyib: "Səfir, Amerika sizin ölkəyə dəstəkdə birdir. Lazım olduğu qədər sizinlə birlikdə olacağıq. Xalqımız təkcə Avropada yox, hər yerdə daha böyük azadlığa, daha böyük ləyaqətə və daha böyük sülhə can atır".

Bayden özünün illik çıxışı zamanı Çin haqqında da danışıb: " Çinlə əməkdaşlığa sadiqəm, burada Amerikanın maraqlarını inkişaf etdirə biləcəyik və dünyaya fayda verə biləcəyik", - o deyib. "Ancaq yanlış düşünməyin: ötən həftə açıq şəkildə işarə etdik ki, əgər Çin bizim suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkət edəcəyik. Və biz bunu etdik".

Ümumilikdə, Bayden deyib ki, son iki ildə dünyada demokratiyalar "zəif yox, daha da güclü olub". "Avtokratiyalar güclü yox, daha zəif olub... Amerika iqlim və qlobal sağlamlıqdan qida təhlükəsizliyinə, terrorizm və təcavüzə qədər bu problemləri həll etmək üçün dünyanı yenidən birləşdirir", -Bayden deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz