Rusiyanın Baltikyanı ölkələrə "hərbi təzyiq" təhlükəsi artıb - KƏŞFİYYAT MƏLUMATI

Xəbərin çap versiyası
Tarix: 9-02-2023, 13:53


Estoniya Xarici Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, Rusiyanın Baltikyanı ölkələrə "hərbi təzyiq" təhlükəsi və bu ölkələr üçün orta və uzunmüddətli perspektivdə təhlükəsizlik riskləri artıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Estoniya Xarici Kəşfiyyat Xidmətinin çərşənbə günü dərc olunmuş illik hesabatında deyilib.

"Rusiya Baltikyanı ölkələri NATO-nun ən həssas hissəsi hesab edir və NATO ilə Rusiya arasında münaqişə yaranarsa, növbəti hərbi səylərini Baltikyanı ölkələrə yönəldəcək" deyə, sənəddə bildirilib.

Estoniya kəşfiyyatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən "2023-cü ildə Estoniyaya hərbi hücum ehtimalı azdır", lakin "orta və uzunmüddətli perspektivdə Rusiyanın hərbiləşdirilməsi və xarici siyasət ambisiyaları Estoniya üçün təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artırır".

NATO və Avropa İttifaqı üzvləri olan Estoniya, Latviya və Litva Rusiyanın Ukraynanı işğalından və daha əvvəl 2014-cü ildə Krımı ələ keçirməsindən sonra müdafiə xərclərini kəskin şəkildə artırıb.

Hesabatda deyilib ki, Rusiyanın qərb sərhədləri yaxınlığında vaxtından iki il əvvəl irimiqyaslı hərbi təlimlər keçirmək planı bu il Baltikyanı regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.

Estoniya kəşfiyyatınin dediyinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirdiyi bir vaxt təlimlərin 2023-cü ilə keçirilməsi "Qərb üçün təhdid, eləcə də Rusiya əhalisi arasında vətənpərvərliyə təşviq kimi qiymətləndirilə bilər".

Nəticələrə görə, Rusiya "Kyivi və onun Qərb müttəfiqlərini tabe olmağa məcbur etməyə" çalışdığı üçün 2023-cü il ərzində Ukraynaya hücumunu davam etdirməkdə qərarlıdır. Lakin bu münaqişədə taktiki nüvə silahından istifadə "mümkün olmayan" kimi qiymətləndirilir.

Amerikanın Səsinin məlumatında qeyd olunu ki, bundan əlavə, hesabatda deyilib ki, Vladimir Putinin yaxın gələcəkdə də hakimiyyətdə qalma ehtimalı var və o, hakimiyyətdən getsə belə Rusiya Federasiyası çox çətin ki, demokratik bir dövlətə çevrilsin.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz