Rusiya Ukraynada heç vaxt qələbə qazanmayacaq. Heç vaxt. - BAYDEN

Xəbərin çap versiyası
Tarix: 22-02-2023, 15:20


ABŞ prezidenti Co Bayden (Joe Biden) Kiyevə dramatik səfərindən 24 saat sonra çərşənbə axşamı Ukraynanın Rusiyanın hücumuna qarşı müqavimət göstərməsi üçün ABŞ-ın sarsılmaz dəstəyini və koalisiyanın gücünü yenidən bəyan edib. "Rusiya Ukraynada heç vaxt qələbə qazanmayacaq. Heç vaxt", - Bayden Varşavada çıxışında deyib və əlavə edib ki, "amansızlıq heç zaman azad Ukraynanın iradəsini qıra bilməyəcək".

Civilazerbaijan.com
bildirir ki, tarixi nitq Rusiyanın Ukraynaya hücumunun ildönümündən - İkinci Dünya Müharibəsindən sonra Avropada torpaqları ələ keçirmək üçün ən böyük cəhddən bir neçə gün öncə səslənib.

"Mən Kiyevdən yeni qayıtdım və Kiyevin güclü, qürurlu və sərbəst azad olduğunu bildirə bilərəm", -Bayden deyib.

Daha sonra əlavə edib ki, Putin qanlı bir hücuma başladı, tankların Ukraynaya gətirilməsini əmr etdi və dünyanı aclıqla məhv etməyə çalışdı: "Prezident Putinin hakimiyyətə olan hərisliyi uğursuz olacaq və ukraynalıların öz ölkələrinə olan sevgisi üstün gələcək".

Bayden qeyd edik ki, Ukrayna sınağa məruz qalan yeganə ölkə deyil. "Bütün dünya sınağa çəkildi, Avropa sınağa məruz qaldı, Amerika sınağa məruz qaldı, NATO sınandı, bütün demokratiyalar sınağa məruz qaldı".

"Putin özü kimi avtokratların güclü olduğunu və demokratiya liderlərinin zəif olduğunu düşünürdü, lakin Amerikanın və qorxu ilə idarə olunan dünyanı qəbul etməkdən imtina edən xalqların dəmir iradəsilə qarşılaşdı", - deyib.

"Avtokratlar yalnız bir söz başa düşürlər - “yox", - deyib. "Xeyr, sən mənim ölkəmi ala bilməyəcəksən. Xeyr, mənim azadlığımı ala bilməyəcəksən. Xeyr, mənim gələcəyimi ala bilməyəcəksən".

"Əgər Rusiya Ukraynaya hücumu dayandırsa, bu, müharibəyə son qoyacaq. Əgər Ukrayna özünü Rusiyadan müdafiə etməyi dayandırsa, bu, Ukraynanın sonu olacaq. Ona görə də biz birlikdə elə edirik ki, Ukrayna özünü qorusun".

Rusiya sanksiyalar altındadır və bu həftə yeni sanksiyalar elan ediləcək. "Bu müharibəyə cavabdeh olanları məsuliyyətə cəlb edəcəyik və rusların törətməyə davam etdiyi hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə görə ədalətə nail olacağıq", - o deyib.

O həmçinin rus xalqına müraciət edərək, onları əmin edib ki, ABŞ və digər ölkələr bu müharibəyə can atmırlar, Rusiyanı məhv etmək və ya ona nəzarət etmək istəmirlər.

"Qərb bu gün Putinin dediyi kimi, Rusiyaya hücum planlaşdırmayıb və öz qonşuları ilə sülh içində yaşamaq istəyən milyonlarla Rusiya vətəndaşı bizim düşmənimiz deyil".

Qərbin Ukrayna ilə bağlı öhdəliklərinə gəlincə, Bayden deyib: "Azadlığı qorumaq bir günün və ya bir ilin işi deyil... Bu, hər zaman çətindir. Bu, hər zaman vacibdir. Ukrayna özünü müdafiə etməyə davam edir və əks- hücumlara başlayır, çətin və çox acı günlər, qələbələr və faciələr olacaq", - o əlavə edib, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz