ABŞ və Aİ liderlərinin Rusiyanın müharibəsini dəstəkləyənlərə qarşı STRATEGİYASI

Xəbərin çap versiyası
Tarix: 11-03-2023, 13:35


Cümə günü ABŞ və Aİ liderləri Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən üçüncü ölkələrə qarşı iş aparmağı vəd ediblər.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ağ Evdən Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

Prezident Co Bayden cümə günü günorta saatlarında Ağ Evdə Avropa Komissiyasının sədri Ursula von der Leyen salamlayıb.

"Biz Rusiyanın hərbi maşınını dəstəkləyə biləcək bütün resurslara çıxışının qarşısını almaq üçün sanksiyalarımıza və ixraca nəzarət tədbirlərimizə riayət edilməsinin təmin olunması üzrə birgə işlərimizi dərinləşdiririk", deyə iki liderin birgə bəyanatında bildirilir.

"Putin bizi parçalayacağını düşünürdü, amma biz həmişəkindən daha çox həmrəyik. Biz Ukraynanı lazım olduğu qədər tərəddüdsüz dəstəkləməkdə həmrəyik", deyə onlar əlavə ediblər.

Jurnalistlərin ABŞ-ın Çinin Rusiyanı silahlandırmaq ehtimalını nəzərdən keçirdiyi haqqında xəbərdarlıqlarına münasibəti haqqında sualına cavabda Ursula von der Leyen belə deyib: "Biz bununla bağlı narahatlıqları bölüşürük və hər gün əməkdaşlıq edirik. Biz artıq sanksiyalarımızdan yayınmaya görə İran kimi üçüncü ölkələrə qarşı sanksiyalar tətbiq etmişik".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz