Moskvaya ilk kütləvi dron hücumu, insanlar təxliyyə edilir - FOTO
Tarix: 30-05-2023, 12:46
Foto: REUTERS
Mayın 30-da səhər saatlarında ukraynalılar Moskvaya döyüş dronları ilə kütləvi hava zərbələri endirib.
Civilazerbaijan.com bildirir ki, müxtəlif mənbələrin məlumatına görə, hücumda 10-dan 30-a qədər dron iştirak edib.
Moskva meri Sobyaninin sözlərinə görə, bir neçə yaşayış binasına ziyan dəyib, bir neçə nəfər yaralanıb.
Moskva vilayətindəki obyektlər də hücuma məruz qalıb.
Rusiya Müdafiə Nazirliyi dronların əksəriyyətinin məhv edildiyi haqqında məlumat yayıb.
Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanğıcından etibarən Moskvaya ilk kütləvi hücumdur, Turanın məlumatında qeyd olunur.
Dünən Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov Rusiyanın son günlər Kiyevə endirdiyi kütləvi hava zərbələrinə görə peşman olacağı barədə xəbərdarlıq edib.
***
Sosial şəbəkələrdə və Telegram kanallarında yayılan videolara görə, çərşənbə axşamı səhər onlarla dron Moskva və Moskva vilayətinə hücum edib. Pilotsuz təyyarələr ən azı üç hündürmərtəbəli binaya düşüb, iki evin sakinləri təxliyə edilib.
Qaynarinfo xəbər verir ki, PUA ilk olaraq saat 04:30-da Yeni Moskvada hündürmərtəbəli bina ilə toqquşub. Zərbə mənzilin üstündə yerləşən texniki mərtəbənin divarına dəyib. Beton parçaları, damın parçaları və hissələri yerə düşsə də, xəsarət alan olmayıb. RİA Novosti yazır ki, ev Atlasov küçəsində yerləşir.
Daha bir PUA Moskvanın cənub-qərbində Profsoyuznaya küçəsindəki evin üstünə düşüb. "Mash” yazır ki, PUA 16-cı mərtəbədəki mənzilin pəncərəsindən girib, lakin heç kim xəsarət almayıb. "Shot”un məlumatına görə, dron KZ-6 formalı sursat daşıyıb. Hakimiyyət bu evin üç girişinin sakinlərini təxliyə etmək qərarına gəlib.
Digər PUA Rusiya paytaxtının cənubunda Leninski prospektdə 30 mərtəbəli binaya çırpılıb. "Baza” yazır ki, dron 14-cü mərtəbədəki mənzilə dəyib. "Shot”un məlumatına görə, pilotsuz uçuş aparatında KZ-6 modelli üç partlayıcı sursat olub, amma partlamayıb. Evdən 300 nəfər təxliyə edilib, onlar ən yaxın məktəbə yerləşdirilib.
Partlayış səsləri Moskva vilayətinin sakinləri tərəfindən də eşidilib, qubernator Andrey Vorobyov deyib ki, bunlar hava hücumundan müdafiənin səsləridir.
Teleqram kanalların məlumatıma görə, ümumilikdə, Moskvaya hücumda təxminən 25 pilotsuz uçuş aparartı iştirak edib, əksəriyyəti hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, bəziləri çox aşağı hündürlükdə uçduqları üçün ağaclara və naqillərə tuş gəlib. "Shot” bildirir ki, təkcə Moskva yaxınlığında 13 PUA vurulub. Şəhərin meri Sergey Sobyanin iki evin sakinlərinin təxliyə edildiyini açıqlayıb. Onun sözlərinə görə, iki nəfər tibbi yardıma müraciət edib, lakin heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Rusiya Müdafiə Nazirliyinə yaxın "Rıbar” Teleqram kanalı hesab edir ki, PUA-ların yaşayış binalarına çırpılması naviqasiyada nasazlıqlar və ya radielektron müdafiə sistemlərinin aktiv işləməsi nəticəsində baş verib.
Hücumdan sonra Moskva sakinləri GPS naviqasiyasında problemlərdən şikayət etməyə başlayıblar. Şəhərin Nəqliyyat Departamenti Udaltsova küçəsi ilə Leninski prospektindən Mixail Pevtsov küçəsinə qədər avtomobillərin hərəkətini məhdudlaşdırdığını elan edib. "Shot” və "Mash”ın məlumatına görə, "Tayfun” planı Moskva və Moskva vilayətində tətbiq edilib və bu plan Daxili İşlər Nazirliyinin fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün əməkdaşlarının toplanmasını nəzərdə tutur.
Rusiya Müdafiə Nazirliyi səkkiz pilotsuz uçuş aparatının Moskvaya hücum etdiyini, hamısının vurulduğunu bildirib. Moskva vilayətində "Pantsir-S” zenit-raket və silah sistemi tərəfindən beş PUA vurulub. Üç PUA radioelektron sistemləri vasitəsi ilə məhv edilib. Müdafiə Nazirliyinin məlumatına görə, onlar idarəetməni itirərək nəzərdə tutulan hədəflərdən yayınıblar.
Ukrayna tərəfi Moskvaya olunan PUA hücumunu hələlik şərh etməyib.
Qeyd edək ki, Rusiya ötən ilin oktyabr ayından Kiyevi raket və dronlardan atəşə tutur. Son günlər hücumlar intensivləşib.
Bir neçə gün əvvəl, Kiyevə növbəti raket və dron hücumundan sonra Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiyaya xəbərdarlıq edib və Ukraynanın cavabının özünü çox gözlətməyəcəyini bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər
Aviator pul ilə qəza oyunu oyunçulara adrenalinlə dolu anlar və real pul qazanmaq imkanı verir.