Silvio Berluskoni vəfat edib

Xəbərin çap versiyası
Tarix: 12-06-2023, 14:40


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 86 yaşında vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, Berluskoni aprel ayında Milanda yerləşən San Rafaele xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona xroniki leykoz diaqnozu qoyulub. Sonradan o, evə buraxıldı, lakin cümə günü yenidən xəstəxanaya yerləşdirildi. Ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Berluskoni İtaliyanın ən böyük iş adamlarından biri idi, onun siyasətçi kimi ulduzu 1990-cı illərdə, müharibədən sonrakı partiya sisteminin dağılması fonunda sağçı populist "Forza Italia" partiyasını qurarkən parlamağa başlayıb. Berluskoni üç dəfə İtaliya hökumətinə rəhbərlik edib. Partiya lider mövqeyini itirsə də, onun tərəfdarları hələ də hakim koalisiyanın tərkibindədir.

"İtaliyanı Silvio Berluskonisiz təsəvvür etmək çətindir... Son 50 ildə elə gün olmayıb ki, onun adı televiziyada, qəzetlərdə, parlamentdə, barlarda, stadionda hallanmasın. Tikinti podratçısı, televiziya maqnatı, "Milan" futbol klubunun prezidenti, "Forza Italia" partiyasının qurucusu, üç dəfə baş nazir, səs-küylü məhkəmə proseslərinin fiqurantı", - "La Repubblica" qəzetinin nekroloqunda deyilir.

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, Berluskoninin ictimai rəyi parçaladığı, çoxlarının onu avtoritar və korrupsioner siyasətçi kimi gördüyü vurğulanır. Eyni zamanda, onun İtaliyanın bir növ simvoluna çevrildiyi, xaricdə ən məşhur italyanlardan biri olduğu qəbul edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz