Parisdə güclü partlayış baş verib

Xəbərin çap versiyası
Tarix: 22-06-2023, 16:06

Foto: AFP - ABDULMONAM EASSA (Le Parisien)

Çərşənbə günü Parisdə güclü partlayış baş verib, dörd nəfər yaralanıb. Yanğının tüstüsü günbəzli Panteon abidəsi üzərinə qalxıb.

Civilazerbaijan.com
bildirir ki, hadisə binaların boşaldılmasına səbəb olub.

Partlayışın səbəbi hələ məlum deyil.

Paris polisi rəsmisi bildirib ki, 5-ci dairəsindəki binanın fasadı çöküb və təcili yardım xidmətləri içəridə hələ də kiminsə olub-olmadığını müəyyən etmək üçün çalışır.

Rayonun meri Florens Bertout dörd nəfərin "ciddi" vəziyyətdə olduğunu bildirib.

"Partlayış son dərəcə şiddətli idi" - deyə, o əlavə edib.

Hadisə yeri mühasirəyə alınıb və çoxlu sayda təcili yardım işçisi ərazidədir, Amerikanın Səsinin məlumatında qeyd olunur.

Paris polisinin sözçüsü Loubna Atta bildirib ki, yanğının mənbəyini müəyyənləşdirmək hələ tezdir və yanğının qaz partlayışından qaynaqlandığını təsdiqləyə bilmir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz