Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib
Tarix: 27-06-2023, 17:13
Belarus lideri Aleksandr Lukaşenko iyunun 27-də müraciətində deyib ki, Rusiyada “Vaqner” özəl hərbi qruplaşmasının qiyamı ilə əlaqədar ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib.
Civilazerbaijan.com bildirir ki, 1994-cü ildən Belarusu idarə edən avtoritar Lukaşenko iddiasına görəi, bu qiyam “Qərbdən” təhdidin bir hissəsi olub.
Lukaşenkonun iddiası
“Bir daha ölkəmiz üzərinə kölgə salan təhdiddən daha güclü olmalıyıq. Bu, yenə də Qərbdən gəlir”, – Lukaşenko deyib.
Onun iddiasına görə, Belarus sərhədçiləri “demək olar, hər gün” NATO-nun “provokasiyaları” barədə məruzə edir.
Bu çıxışdan öncə əvvəllər “Vaqner” başçısı Yevgeni Priqojinin istifadə etdiyi özəl biznes təyyarəsi Belarus paytaxtı Minsk yaxınlığında hərbi aerodroma enib.
Rusiyada həftəsonu yaranmış böhran Lukaşenkonun vasitəçiliyi ilə səngiyib. Əldə olunan razılaşmaya görə, Rusiya Prezidenti Vladimir Putinin “aşpazı” kimi tanınan Priqojin Belarusa getməlidir.
Putinin iyunun 26-da deyib ki, “Vaqner” döyüşçüləri Rusiya ordusuna qoşulmaq istəmirlərsə, Belarusa gedə bilərlər.
Minsk yaxınlığına iki özəl təyyarə enib
Priqojinə bağlı Embraer 600 təyyarəsi yerli vaxtla 7:40-da Minskə enib. Bir neçə dəqiqə sonra Priqojinin doğma şəhəri, “Vaqner”in qərargahının yerləşdiyi Sankt Peterburqdan gələn ikinci özəl təyyarə də həmin bazaya enib. Məlumatı Belarusda aviasiyanı izləyən sosial media saytı “Belaruski Hayun” yayıb.
24 iyun qiyamından sonra görünməyən Priqojinin bu təyyarələrdə olub-olmadığı bilinmir.
Minskə enən təyyarə Priqojinə bağlılığına görə ABŞ-ın sanksiya siyahısına salınıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Proqojin və “Vaqner” muzdlularına qarşı cinayət işini bağladığını bildirib. Məlumata görə, təhqiqat onların qiyam “cinayəti törətməyə yönəlik fəaliyyəti dayandırdığını” üzə çıxarıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Ömrü qısa olan “Vaqner” qiyamı Putinin Rusiyadan iyirmi ildən çox çəkən hakimiyyəti dövründə ona ən böyük etiraz sayılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər