Fransalı diplomat Türkiyədə öldü
Tarix: 9-04-2017, 19:13
Bu gün Türkiyədə hava şarının güclü küləyin təsiri ilə öncə yüksək gərginlikli elektrik xəttinə, daha sonra isə yerə çırpılması nəticəsində ölən turistin şəxsiyyəti müəyyənləşdirilib.
SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, Kapadokyada hava şarının yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vincent Cavmantat olduğu məlum olub.
Qeyd edək ki, hava şarının yerə çırpılması nəticəsində 20 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükə yoxdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər