Krım körpüsü yenə də partladıldı
Tarix: 17-07-2023, 14:27
Krım körpüsündə partlayışlar baş verib, xəbəri iyulun 17-də səhər Rusiya və Ukrayna KİV-ləri və Telegram kanalları yayıb. Hərəkət dayandırılıb, sosial şəbəkələrdə yerləşdirilən foto və videogörüntülərdən göründüyü qədər, körpünün qarşısında böyük tıxaclar yaranıb, deyə DW bildirir.
Civilazerbaijan.com bildirir ki, Baza Telegram kanalının məlumatına görə, partlayışlar nəticəsində körpünün gözlərindən biri uçub. Jurnalistlər qeyd edirlər ki, ilkin məlumatlara görə, iki nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Bu arada, "Vkontakte" sosial şəbəkəsində "Novosti Kerç Krım Rossia" hesabı qeyd edir ki, partlayışlar 3:04 və 3:20-də baş verib və Kerçin müxtəlif rayonlarında eşidilib.
Rusiya hakimiyyəti nəşrin dərc edildiyi vaxt partlayış faktını rəsmi olaraq təsdiq etməyib. Amma ilhaq edilmiş Krımın RF tərəfindən təyin edilmiş "qubernatoru" Sergey Aksenov Telegram-da yazıb ki, körpüdə "Krasnodar vilayəti istiqamətindən 145 dayaq bölgəsində fövqəladə hadisə baş verib". O, Krım sakinlərini və yarımadanın qonaqlarını "Krım körpüsündən keçməkdən yayınmağa və təhlükəsizlik məqsədilə yeni regionlardan alternativ quru marşrutu seçməyə" çağırıb.
Körpüdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb, körpünün girişində çoxkilometrlik tıxac yaranıb.
"Yaranmış vəziyyəti nəzərə alaraq, yarımada sakinlərindən və qonaqlardan Krım körpüsündən keçməkdən yayınmağa və təhlükəsizlik məqsədilə yeni regionlardan alternativ quru marşrutu seçməyə çağırıram", deyə Aksenov bildirib.
Öz növbəsində, ilhaq edilmiş Krımın "kurort və turizm naziri" Vadim Volçenko yarımadada istirahət edənləri imkan daxilində yerləşdikləri yerlərdə qalmağa çağırıb.
Qanunsuz Krım körpüsündə gecə baş verən hadisə USQ və UTX-nin hərbi dəniz qüvvələrinin birgə keçirdiyi xüsusi əməliyyatın nəticəsidir, deyə öz növbəsində RBK-Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadla məlumat verir.
"Körpüyə suüstü dronlarla hücum olunub. Körpüyə çatmaq çətin idi, amma nəhayət, bu, mümkün olub", deyə RBK-Ukrayna-nın adı açıqlanmayan həmsöhbəti bildirib.
2022-ci il oktyabrın 8-də artıq Krım körpüsü partladılmışdı, Turanın məlumatında qeyd olunur.
Həmin vaxt körpünün iki avtomobil gözü uçmuşdu, dörd nəfər ölmüşdü.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər