Qarabağ "parlamentinin" sədri istefa verib

Xəbərin çap versiyası
Tarix: 29-07-2023, 13:16


Qarabağ "parlamentinin" sədri Artur Tovmasyan iyulun 29-da istefa verib.

Civilazerbaijan.com
bildirir ki, xəbəri Ermənistan KİV-ləri yayıb.

İstefanın səbəbləri açıqlanmır. Lakin bir müddət əvvəl "parlament" üzvlərinin separatçıların lideri Araik Arutyunyana Qarabağ "prezidenti" vəzifəsindən istefa vermək çağırışı ilə müraciət qəbul etdikləri məlumdur.

Bu müraciəti Artur Tovmasyan da dəstəkləyib, lakin Arutyunyan bu çağırışa məhəl qoymayıb.

Turanın məlumatında qeyd olunur ki, Tovmasyanın bu addımı Qarabağ separatçılarının liderləri arasında davam edən fikir ayrılıqlarına və kəskinləşən hakimiyyət böhranına dəlalət edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz