İran Putinin Ukraynada günahsız insanları öldürməsinə "kömək edir" - AĞ EV

Xəbərin çap versiyası
Tarix: 7-09-2023, 16:08


Çərşənbə günü Ağ Ev bildirib ki, İran, Şimali Koreya, Çin və Rusiyanı ABŞ və müttəfiqlərinin İkinci Dünya Müharibəsindən sonra qurduğu "dünya intizamına meydan oxumaq istəyən ölkələr" kimi qiymətləndirir.

Civilazerbaijan.com
bildirir ki, bunu jurnalistlərə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi (John Kirby) söyləyib.

"Bu dünya intizamı BMT Nizamnaməsinə hörmətə, suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanır. Lakin bütün bu ölkələr bütün bu intizama meydan oxumaq istəyirlər. Onlar ABŞ-ı ortaq düşmənləri kimi görürlər, buna görə də biz onların münasibətlərini diqqətlə izləyirik", deyə o, əlavə edib.

Ukraynada İran dronları vətəndaş infrastrukturunu və yaşayış evlərini vurmağa davam edir, Turanın məlumatında qeyd olunur.

"İranlılar Putinin Ukraynada günahsız insanları öldürməsinə kömək edirlər. Bütün bunlar ABŞ-ın milli təhlükəsizliyi, habelə müttəfiqlərimizin və tərəfdaşlarımızın maraqları üçün potensial təhlükədir, problemdir", deyə Kirbi qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz