Polşa da Estoniya və Latviyadan sonra Rusiya nömrəli maşınlara qadağa qoyur

Xəbərin çap versiyası
Tarix: 17-09-2023, 13:18


Polşa sentyabrın 17-dən etibarən Rusiya nömrəli avtomobillərin ölkəsinə girişini qadağan edir.

Civilazerbaijan.com
bildirir ki, bu qərarı ölkənin daxili işlər naziri Mairuş Kaminski keçirdiyi mətbuat konfransında açqlayıb.

“Heç bir Rusiya nömrəli avtomobil Polşaya daxil ola bilməyəcək. Bu qərar həm ticari həm şəxsi avtombillərə şamil olunacaq” - Kaminski deyib.

Kaminskinin sözlərinə görə, bu qadağa Rusiya vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşlarına da tədbiq ediləcək.

“Bu Ukraynadakı amansız müharibə ilə bağlı Rusiyaya və vətəndaşlarına tədbiq edilən novbəti sanksiyasdır. Bu qərarın səbəbi Rusiya hökümətinin beynəlxalq təhlükəsizliyə təhdid təşkil etməsidir” - polşalı nazir qərarını açıqlarkən jurnalistlərə deyib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Estoniya və Latviya da Rusiya dövlət nömrə nişanlı avtomobillərin sərhəddən ölkəyə girişini qadağan edib. Bu addım Avropa Komissiyasının Avropa İttifaqı ərazisinə özəl avtomobillərin girişinin qanunsuz idxal sayılması haqda tövsiyəsindən sonra atılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz