ABŞ Prezidentinin səfərindən əvvəl İran İsraili hədələyib - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 17-10-2023, 13:33


ABŞ Prezidenti Joe Biden çərşənbə günü İsrailə səfər edəcək.

Civilazerbaijan.com
bildirir ki, ABŞ-ın Dövlət katibi Antony Blinken deyib ki, Joe Bidenin səfəri İsrail, region və bütün dünya üçün kritik məqama təsadüf edir.

Blinken həmçinin bildirib ki, ABŞ İsraildən Qəzzaya humanitar yardımın buraxılmasına dair zəmanət alıb, lakin nə vaxt və necə olduğu barədə ətraflı məlumat verməyib.

Həması dəstəkləyən İran indiyə qədərki ən sərt xəbərdarlığında deyir ki, yaxın saatlarda İsrailə qarşı “qabaqcıl tədbir” görə bilər.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib ki, İsrailin Qəzzada “fələstinlilərə qarşı hərbi cinayətləri” dayanmasa, “müqavimət cəbhəsi” yaxın saatlarda “qabaqcıl hərəkət” həyata keçirə bilər.

“Müqavimət cəbhəsi” İranın dəstəklədiyi Livandakı hərbi qruplaşma olan Hizbullahın da daxil olduğu bölgədəki qüvvələrin ittifaqıdır.

Ötən həftə Hizbullah və İsrail hərbçiləri Livan-İsrail sərhədi boyunca atışıblar və bu, müharibənin başqa bir cəbhəyə keçə biləcəyi ilə bağlı qorxuları artrıb.

Daha öncə ABŞ İrana münaqişənin gərginləşməsinə görə xəbərdar edib və İsrail deyib ki, Hizbullah bu işə qarışarsa, dağıdıcı cavab verəcək.

Misir və Fələstinin Qəzza bölgəsi arasındakı Rəfah keçidinin yenidən açılması ehtimalı ilə bağlı diplomatik danışıqlar hələ də davam edir.

İsrail-Fələstin münaqişəsi tarixində son illərin ən böyük hücumu hesab olunan Həmasın son hücumu İsrail üçün gözlənilməz olub.

Oktyabrın 7-də Həmas döyüşçüləri İsrailin Qəzzaya yaxın ərazilərində mülki əhaliyə və əsgərlərə hücum etməsi nəticəsində 1400-dən çox insan həlak olub, 200-ə yaxın adam girov götürülüb, İsrail rəsmiləri bildiriblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Həmasın hücumu nəticəsində İsraildə səkkiz Azərbaycan əsilli şəxs həlak olub.

İsrail ordusu Qəzzada girov saxlanıldığına inandığı insanların sayını 155-dən 199-a yüksəldib.


Qəzzanın şimalından insanların köçü

İsrailin Qəzzanı bombalaması nəticəsində isə artıq 2750-dən çox insan həyatını itirib, 1000 nəfər dağıntılar altında itkin düşüb, 10 000-ə yaxın insan yaralanıb, Fələstin rəsmiləri bildiriblər.

ABŞ-ın yüksək vəzifəli generalı Martin Griffiths da elan olunmamış səfərlə İsraildədir. O, ordunun mərkəzi komandanlığına rəhbərlik edir və Yaxın Şərqdəki ABŞ qüvvələrinə nəzarət edir.

İsrail Hərbi Hava Qüvvələri Livanda İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasına məxsus hədəfləri vurduğunu bildirib.

Həmas münaqişəyə səbəb olan İsrailə hücum zamanı girov götürdüyü şəxslərdən birinin təsfirləri olduğu deyilən video yayımlayıb. Videoda ibranicə danışan gənc qadın görünür və o, özünü 21 yaşlı Maya Shem kimi tanıdıb.

İsrail ordusu son 10 gündə yarım milyona yaxın israillinin təxliyə edildiyini bildirib.

BMT deyir ki, evlərini tərk edən bir milyona yaxın fələstinli təcili qida, su və yanacağa ehtiyac duyur.

Rusiyanın İsrail və Qəzza ilə bağlı humanitar qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasından keçməyib, ABŞ və Böyük Britaniya da daxil olmaqla Qərb dövlətləri Həması qınamadığı üçün sənədin əleyhinə səs verib.

Misirlə sərhəd keçid məntəqəsi yaxınlığındakı Rəfah bölgəsinə edilən zərbələr nəticəsində daha 28 nəfərin öldüyü iddia edilib.

BBC-nin məlumatında qeyd olunur ki, Fələstin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, İsrailin qaçqınların çox məskunlaşdığı Xan Yunis bölgəsinə endirdiyi zərbələr nəticəsində azı 23 nəfər ölüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz