Zərbə endirməkdən çəkinməyəcəyik - İran İsraili təhdid edir

Xəbərin çap versiyası
Tarix: 23-10-2023, 16:14


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini Əli Fədavi İranın İsrailin Hayfa şəhərinə zərbə endirə biləcəyini deyib.

Civilazerbaijan.com
bildirir ki, “Yerusalem Post” qəzetinin məlumatına görə, Fədavi bu barədə oktyabrın 23-də Tehran Universitetində tələbələrlə görüşü əsnasında bildirib.

Onun sözlərinə görə, lazım gələrsə və əmr verilərsə, İran “tərəddüd etmədən” İsrailin şimalındakı liman şəhərini vuracaq.

Fədavi çıxışında həmçinin iddia edib ki, İsrail “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulan raketlərin sayı barədə yanlış məlumat verir. O, bu rəqəmin cəmi 30% olduğunu deyib.

"Amerika İsraili öz təhlükəsizliyi üçün yaradıb, əgər o, təhlükədə olduğunu hiss edərsə, İsraili asanlıqla qurban verər", - Fədavi çıxışında qeyd edib.

Toplum Tv-nin məlumatında qeyd olunur ki, bundan əvvəl İsrail tərəfi əgər Livanın "Hizbullah" hərəkatı müharibəyə başlayarsa, İsrailin İrana zərbə endirəcəyini açıqlamışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz