Rusiya öz məqsədlərinə çatanda Ukraynadakı müharibə bitəcək - VLADİMİR PUTİN

Xəbərin çap versiyası
Tarix: 14-12-2023, 14:38


"Rusiya öz məqsədlərinə çatanda Ukraynadakı müharibə bitəcək, bu məqsədlərə Ukraynanın “denazifikasiya”sı, “demilitarizasiya”sı və neytral statusu daxildir".

Civilazerbaijan.com
bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Putinin sözlərinə görə, Ukraynanın “denazifikasiyaya” ehtiyacı var, çünki Stepan Bandera Ukraynanın milli qəhrəmanıdır və Prezident Volodimir Zelenski “SS zabitini alqışlayır”.

Rusiya lideri açıqlamasında Ukraynanın əks-hücum əməliyyatına da toxunub.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “heç bir yerdə uğur qazana bilməyib”.

O, əks-hücum ideyasının yalnız Qərbdən əlavə maliyyə almaq üçün həyata keçirildiyi fikrini ifadə edib. Putin Ukraynaya tezliklə Qərbdən gələn yardımların da dayanacağını qeyd edib.

Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri barədə danışarkən isə Prezident bildirib ki, əlaqələrin korlanmasına Moskva səbəb olmayıb və onlar əlaqələri bərpa etməyə hazırdırlar, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz