ABŞ yeni Qanuna görə xarici korrupsionerləri həbs edəcək

Xəbərin çap versiyası
Tarix: 5-01-2024, 13:35


Anti-korrupsiya və hökumət şəffaflığı üzrə fəallar deyirlər ki, yeni qəbul olunmuş Amerika qanunu federal ittihamçılara xarici hökumətərin rəsmilərinə qarşı cinayət işi açmağa imkan verəcək. Bu qanun çərçivəsində ABŞ şirkətlərinə rüşvət təklif edən və onlardan rüşvət alan şəxslər cavabdeh tutulacaq.

Civilazerbaijan.com
bildirir ki, Milli Müdafiə Avtoriteti Aktı tərkibində yer alan Xarici Reketin Qarşısınıalma Aktı (FEPA) ABŞ Prezidenti Cozef Bayden tərəfindən qanun olaraq imzalanıb.

Yeni qanun 50 yaşlı Xarici Korrupsiya Praktikaları Aktına (FCPA) qüdrətli əlavə olacaq. Həmin qanuna əsasən, ABŞ-da olan şəxslərin rüşvət va yaxud digər şəkildə xarici rəsmilərə korrupsioner təsir göstərməsi cinayət hesab olunur.

ABŞ hökuməti mütəmadi qaydada xaricdə korrupsioner əməllərə gedən Amerika şirkətlərinə qarşı cinayət işləri açır. Lakin indiyədək ABŞ hökumətinin bu rüşvəti alanlar və yaxud istəyən xarici rəsmiləri tutub cəzalandırmaq imkanları məhdud idi.

Hüquqşünaslar deyirlər ki, sərhəd xaricində baş verən korrupsiya hallarının iki tərəfi var – rüşvəti verənlər və onu alan xarici rəsmilər. Yeni qanun spesifik olaraq rüşvətin təlabat tərəfində olan xarici dövlət rəsmilərini hədəf alır.

İndən belə ABŞ prokurorları hətta Amerika hüdudlarından kənarda yaşayan istənilən rüşvət istəyən və ya onu qəbul edən xarici rəsmiyə və ya şirkətə qarşı cinayət işi aça bilər

Qanunda məhkum olunan şəxsləri 15 ilədək həbs cəzası, habelə $250,00 dollar cərimə və yaxud alınan rüşvət məbləğinin üç misli qədər cərimə nəzərdə tutur. Amerikalı ittihamçılara ekstradisiya müqaviləsi mövcud olduğu təqdirdə habelə həmin şəxslərin ABŞ-a təhvil verilməsinə ixtiyar verilir.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, üşvətxor xarici dövlət rəsmilərinə əl çatmadığı təqdirdə onların maliyyə vəsaitləri dondurulacaq və onlar ABŞ-la ekstradisiya müqaviləsi olan ölkələrə daxil olduqları halda Amerikaya təhvil veriləcəklər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz