ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Xəbərin çap versiyası
Tarix: 12-01-2024, 15:11


ABŞ və Britaniya orduları döyüş gəmisindən atılan Tomahawk raketləri və döyüş təyyarələrindən istifadə edərək kütləvi cavab zərbəsi çərçivəsində cümə axşamı günü Yəməndə İranın dəstəklədiyi husilərin istifadə etdiyi ondan çox obyekti bombalayıblar. Hədəflərə logistika mərkəzləri, hava hücumundan müdafiə sistemləri və silah anbarlar daxil olub.

Civilazerbaijan.com
bildirir ki, Prezident Co Bayden cümə axşamı deyib ki, Yəməndə İranın dəstəklədiyi husiləri hədəf alan bir sıra zərbələr ABŞ və müttəfiqlərinin silahlı qrupun Qırmızı dənizə aramsız hücumlarına “dözümlülük göstərməyəcəklərini” nümayiş etdirmək üçün nəzərdə tutulub.

Bayden bildirib ki, ABŞ və müttəfiqləri bu addımı yalnız diplomatik danışıqlar aparmaq cəhdləri edəndən və diqqətli şəkildə düşünmədən sonra atıblar.

“Bu zərbələr husilərin Qırmızı dənizdə beynəlxalq gəmilərə qarşı misli görünməmiş hücumlarına, o cümlədən tarixdə ilk dəfə gəmi əleyhinə ballistik raketlərin istifadəsinə birbaşa cavabdır” Bayden bəyanatda deyib. "Bu hücumlar ABŞ personalını, mülki dənizçiləri və tərəfdaşlarımızı təhlükə altına qoyub, ticarəti təhlükə altına atıb və naviqasiya azadlığını təhdid edib.”

Bu, ABŞ-ın husilərə qarşı İsraildə müharibə başlayandan bəri kommersiya gəmilərinə dron və raket hücumlarının davamlı kampaniyası səbəbilə ilk hərbi cavabıdır. Koordinasiyalı hərbi hücum Ağ Evin və bir sıra tərəfdaş dövlətlərin husilərə hücumları dayandırmaları, əks təqdirdə isə potensial hərbi əməliyyatlarla üzləşmələri barədə son xəbərdarlıq etməsindən cəmi bir həftə sonraya təsadüf edir.

Belə görünür ki, xəbərdarlığın ən azında qısamüddətli təsiri olub. Belə ki, hücumlar bir neçə gün dayandırılmışdı. Ancaq çərşənbə axşamı husi üsyançıları Qırmızı dənizdə gəmiləri hədəf alan ən böyük dron və raket atəşi açıblar. Buna cavab olaraq ABŞ və Britaniya gəmiləri və Amerikanın döyüş təyyarələri 18 dronu, iki qanadlı raketi və bir gəmi əleyhinə raketi vurub . Cümə axşamı isə husilər Ədən körfəzinə gəmi əleyhinə ballistik raket atıblar. Bu raket ticarət gəmisi tərəfindən görülsə də, ona tuş gəlməyib.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, noyabrın 19-dan bəri onlarla dron və raketlə 27 hücum həyata keçirən üsyançılar cümə axşamı bildiriblər ki, Amerika qüvvələrinin onların Yəməndəki obyektlərinə istənilən hücumu şiddətli hərbi reaksiyaya səbəb olacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz