Pakistan cavab olaraq İran ərazisini bombalayıb
Tarix: 18-01-2024, 14:42
Yanvarın 18-nə keçən gecə Pakistan ordusu İranın Sistan və Bəlucistan əyalətindəki rayonları raket və dronlarla atəşə tutub.
Civilazerbaijan.com bildirir ki , Pakistan hücum ərəfəsində birtərəfli qaydada İranla sərhədlərini bağlayıb. Daha sonra İran ərazisindəki hədəfləri bombalamağa başlayıb.
Hücum əməliyyatı çərçivəsində bir neçə terrorçunun məhv edildiyi bildirilir.
Rəsmi İslamabad İran ərazisinə zərbələrin endirilməsinin yeganə məqsədinin Pakistanın təhlükəsizliyini və milli maraqlarını təmin etmək olduğunu bildirib.
İran təhlükəsizlik qüvvələrinin sözçüsü isə Press TV-yə bildirib ki, İran Pakistan Hərbi Hava Qüvvələrinin ölkə ərazisinə endirdiyi zərbələrlə bağlı İslamabaddan izahat tələb edib.
İran tərəfi həmçinin hücum zamanı mülki sakinlərin həlak olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 17-də də İran tərəfi Pakistan ərazisini terrorçuları hədəf aldığını bildirərək raket və dronlarla bombalamışdı.
Toplum TV-nin məlumatında qeyd olunur ki, hücumdan dərhal sonra Pakistan İrana hücumun ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər