Rusiyada hərbi təyyarə qəzaya uğrayıb: onlarla ölən var
Tarix: 24-01-2024, 14:59
Yanvarın 24-də Rusiyada “İl-76” hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğradığı bildirilir.
Civilazerbaijan.com bildirir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təyyarədə olan 74 nəfərin hamısı həlak olub.
Onlardan 65 nəfəri Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş hərbçisi, 6 ekipaj üzvü, digər 3 nəfərsə müşayiətçi olub.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının işlədiyini bildirib.
“Bütün təfərrüatlar daha sonra açıqlanacaq”, – deyə qubernator “Telegram”da yazıb.
Kreml təyyarə qəzası ilə bağlı açıqlama verməyib. “Bu, tamamilə yeni məlumatdır. İndi bununla məşğul olacağıq. Hələlik heç nə deyə bilmərəm”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər