Avropa İttifaqı Orbanı yerinə oturtdu: Ukranaya 50 milyard avro ayrıldı

Xəbərin çap versiyası
Tarix: 1-02-2024, 18:51


Fevralın 1-də Brüsseldə Avropa İttifaqı Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımını təsdiqləyib.

Civilazerbaijan.com
bildirir ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan edib ki, Avropa İttifaqının 27 ölkəsi Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımının ayrılması barədə razılığa gəlib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban paketə qarşı çıxmışdı.

Mişel qeyd edib təsdiqlənmiş maliyyə yardımı paketi bir neçə il üçün nəzərdə tutulub, Ukraynanı uzunmüddətli maliyyələşdirməyə zəmanət verir.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban uzun müddət bu qərarı sabotaj edib. Bu gün ona ultimatum verilib - Ukraynaya yardım paketini dəstəkləsin, yoxsa Avropa İttifaqında səs hüququndan məhrum ediləcək, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz