Moskvada "Crocus City Hall" konsert zalında atışma olub, ölənlər var

Xəbərin çap versiyası
Tarix: 23-03-2024, 01:00


Moskvada “Crocus City Hall” klubunda “Piknik” qrupunun konsertindən əvvəl atışma baş verib. TASS xəbər agentliyi FSB mərkəzi komanda mərkəzinə istinadən bildirir ki, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. RİA Novosti bildirir ki, kamuflyaj geyimdə olan üç nəfər atəş açıb. Eyni zamanda isə İnterfaks yazır ki, ən azı beş nəfər atəş açıb.

Civilazerbaijan.com
bildirir ki, qurbanların sayının artacağı ehtimal edilir. Yanğın nəticəsində onlarla insanın çıxışdan məhrum edildiyi barədə də xəbərlər var.

“Yuxarıda oturmuşduq, sonra atışma səsi eşitdik, aşağıya doğru hərəkət etməyə başladıq, lakin başa düşdük ki, aşağıda da atəş açılır. Onlar hər tərəfdən, sadəcə, hər yerdən atəş açırdılar. Biz yerə uzandıq, sonra gördük ki, insanlar birtəhər eskalatordan aşağı qaçır. Biz onların arxasınca qaçdıq. Bir qız yerdə uzanmışdı, o, ölmüşdü” - deyə, Diqqət, Xəbər hadisə şahidindən sitat gətirib.

TASS xəbər agentliyi insanların təxliyə edildiyini yazıb. Şahidlər həmçinin “Crocus City Hall”-da partlayış olduğunu bildirib. Agentliyin məlumatına görə, musiqiçilər xəsarət almayıb. Qrupun konsert direktoru bildirib ki, atışma başlayan kimi onları zaldan çıxarmaq mümkün olub.

RusNews agentliyi xəbər verir ki, partlayış və yanğın nəticəsində klubun damı uçmağa başlayıb. Baza-nın məlumatına görə, klub binasında 100-dən çox insan ilişib qalıb.

Moskva SOBR və OMON-un əməkdaşlarına xəbərdarlıq edilib və onlar “Crocus City Hall”a yollanıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyev və vilayət prokuroru da hadisə yerinə yola düşüb.

“Operativ qərargah yaradılıb. Bütün təfərrüatlar sonra gələcək,” Vorobyev Telegram kanalında yazıb.

“Bu gün “Crocus City” ticarət mərkəzində dəhşətli faciə baş verib. Qurbanların yaxınlarına başsağlığı verirəm. Hadisə zamanı zərər çəkən hər kəsə lazımi köməklik göstərilməsinə göstəriş vermişəm,” Moskva meri Sergey Sobyanin Telegram kanalında yazıb.

Bu arada isə Diqqət, Xəbər ölənlərin cəsədlərinin “Crocus City Hall” binasından çıxarıldığını bildirir.

Sirena-nın məlumatına görə, konsert zalının binasına basqınlar başlayıb.

İlkin məlumatlara görə, hücum edən dörd nəfər basqından əvvəl “Crocus City Hall” binasını tərk edə bilib, təhlükəsizlik qüvvələri onları axtarır, yol polisi əməkdaşları isə konsert zalının yaxınlığındakı yolları bağlayır. MSK1.ru-nun məlumatına görə, tamaşaçıların güllələnməsində iştirak edən digər şəxslər binada barrikada qurublar.

Moskva agentliyi xəbər verir ki, artıq hadisə yerinə iki Ka-32 helikopteri göndərilib.

Moskva vilayətinin Səhiyyə nazirliyindən bildirilib ki, zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə 50-dən çox təcili yardım briqadası göndərilib.

Eyni zamanda, hazırda Moskvada mobil rabitənin zəif olduğuna dair məlumatlar var.

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da baş verən atışma ilə əlaqədar terrorla bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) cinayət işi açıb.

Cümə günü, martın 22-də “Crocus City Hall”da altı mindən çox biletin satıldığı Piknik qrupunun konsertindən əlavə, uşaq çempionatının üçüncü günü və rəqs idmanı üzrə Rusiya çempionatı keçirilib. Baza-nın məlumatına görə, konsert zalının binasında yüzlərlə uşaq olub, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz