Moskvadakı silahlı hücumla bağlı daha 3 tacik həbs edilib - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 25-03-2024, 20:48


Moskvanın Basmannı məhkəməsi bazar ertəsi axşam saatlarında Crocus city işinə görə daha üç nəfəri həbs edib. Onlar da tacikdir - ata və iki oğlu: Dilovar, İsrail və Aminçon İslamovlar.

Civilazerbaijan.com
bildirir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, onlar terror aktında iştirakda (CM-nin 205-ci maddəsi) ittiham olunurlar. İki qardaş – Aminçon və Dilovar təqsirləndirilən şəxs qısmində, onların atası İsrail isə - şübhəli şəxs qismində.

Hər iki qardaş Rusiya vətəndaşıdır və taksi sürücüsü işləyirmiş.

İstintaqın hesab edir ki, hər ikisi martın 22-də terror aktını törədən cinayətkar qrupun üzvləridir.

Bəzi məlumatlara görə, terror aktı iştirakçılarının gəlib-getdiyi ağ rəngli Renault Symbol Dilovar İslamova məxsusdur, Turan İnformasiya Agentliyinin xəbərində qeyd olunur.







civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz