Aleksandr Lukaşenko Belarusun müharibəyə hazırlaşdığını BƏYAN EDİB

Xəbərin çap versiyası
Tarix: 3-04-2024, 13:18


Belarus çərşənbə axşamı Ukrayna, eləcə də Litva və Polşa ilə həmsərhəd bölgələrdə hərbi təlimlərə başlayıb. Bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Civilazerbaijan.com
bildirir ki, nazirlikdən verilən məlumata görə, Qomel və Qrodno vilayətlərində keçirilən üç günlük təlimlər ərazi müdafiə üzrə ordu zabitləri və hərbi qulluqçuların öz bölgələrini qorumaq üçün fəaliyyətlərini əlaqələndirmək və hərbi vəziyyət elan edilərkən atacaqları addımları məşq etmək məqsədi daşıyır.

Belarusun qərb qonşuları və Ukrayna arasında münasibətləri son bir neçə ildə, əsasən də Moskvanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə görə Belarus ərazisindən istifadə etməsindən sonra pisləşib.

Mətbuat xidməti Aleksandr Lukaşenkonun Qrodnoya səfəri zamanı dediklərindən sitat gətirib.

"Bizim döyüşmək istədiyimizi deyən heç kimə inanmayın. Biz müharibəyə hazırlaşırıq və mən bunu açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş". Bunu mən demirəm. Bu, çox düzgün deyilib", Lukaşenko bildirib.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, onun sözlərinə görə, ölkədə müvafiq bölmələr üçün lazımi təlimlər keçirilir, qoşunlara müxtəlif növ silah və texnika verilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz