ABŞ Nümayəndələr Palatası Ukrayna və İsrail üçün yardım paketini təsdiqlədi

Xəbərin çap versiyası
Tarix: 21-04-2024, 15:56


ABŞ Nümayəndələr Palatası şənbə günü keçirilən nadir sessiya zamanı Ukrayna, İsrail və ABŞ-ın başqa müttəfiqləri üçün 95 milyard dollar dəyərində yardımı təsdiq etmək məqsədilə bir sıra səsvermə keçirib. Demokratlar və Respublikaçılar aylardır davam edən yorucu mübarizədən sonra Amerikanın Ukraynaya Rusiyanın işğalına qarşı yeni dəstəyi üzərində bir araya gəliblər.

Civilazerbaijan.com
bildirir ki, Nümayəndələr Palatası böyük bir dəstəklə yardım paketinin 61 milyard dollarlıq Ukrayna hissəsini təsdiqləyərək, Amerikanın güclü dəstəyini nümayiş etdirib. Belə ki, qanunvericilər ABŞ-ın müharibənin dağıtdığı müttəfiqinə yeni dəstəyi çatdırmağa çalışırlar. Bəzi qanunvericilər bunu Ukraynanın mavi-sarı bayrağını dalğalandıraraq qeyd ediblər.

İsrailə yardım edən və Qəzza sakinlərinin humanitar yardımla təmin edən 26 milyard dollarıq paket də asanlıqla təsdiq olunub.

Populyar TikTok platformasının satışını məcbur edən müddəanın da daxil olduğu milli təhlükəsizlik qanun layihəsi, habelə Hind-Sakit okean regionundakı müttəfiqləri dəstəkləyən bir başqa qanun layihəsi də sürətli şəkildə təsdiqlənib.

Bu qeyri-adi proses qanun layihələri ətrafında onların təsdiqlənməsinə çalışan unikal koalisiyaların yaranmasına imkan verir. Bütöv yardım paketi Senata göndəriləcək ki, onun yaxın günlərdə orada demək olar, şübhəsiz təsdiqlənəcəyi gözlənilir. Prezident Co Bayden onu dərhal imzalayacağına söz verib.

“Dünyanın gözləri bizim üzərimizdədir və tarix bizim bu gün burada etdiyimizi mühakimə edəcək,” Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, Texasdan Respublikaçı namizəd Maykl MakKaul deyib.

Həftəsonu müşahidə olunan bu səhnə çoxluğa malik, ancaq xarici yardım paketi, xüsusi ilə də Rusiyanın işğalına qarşı döyüşən Ukrayna üçün yardımla bağlı dərin fikir ayrılığı yaşayan Respublikaçıların səbəb olduğu və aylardır davam edən disfunksiya və durğunluqdan sonra Konqresin hərəkətə keçdiyini göstərdi. Spiker Mayk Conson vəzifəsini riskə ataraq, hərbi və humanitar yardım paketinin təsdiqlənməsini və yardımın ABŞ-ın müttəfiqlərinə axmasını təmin etmək üçün Demokratların dəstəyinə arxalanır.

Səhər ağır və ciddi müzakirələrlə başlayıb. Respublikaçı və Demokrat liderlər birləşərək Bİrləşmiş Ştatların müttəfiqlərinə dəstək olmasını və dünya səhnəsində lider olaraq qalmasını təmin edəcək paketin təsdiqlənməsinə çağırıblar.

Paketin Nümayəndələr Palatasında təsdiqlənməsi ilə Baydenin Ukrayna ordusuun təchizatı azalmağa başladığl bir vaxtda, oktyabr ayından etibarən etdiyi maliyyə yardımı çağırışına ən böyük əngəli aradan qalxıb. ABŞ-ın Ukraynaya yardımına skeptik yanaşan və Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatası aylardır növbəti addım üzərində mübarizə aparırdı. Palata ilk öncə hər hansl yardımın ABŞ-Meksika sərhədin və siyasət dəyişikliyinə şərt qoşulmalı olduğunu tələb edirdi, ancaq daha sonra Senatın hər iki partoyanın dəstəyi ilə bənzər bir təklifini dərhal rədd etmişdi, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz