NATO baş katibi Kiyevə əvvəlcədən elan olunmamış səfər edib
Tarix: 29-04-2024, 21:22
Foto açıq mənbələrdən götürülüb
NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna paytaxtına səfər edib. Bu səfər haqqında əvvəlcədən elan edilməmişdi.
Civilazerbaijan.com bildirir ki, Kiyevdə prezident Voldodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında alyans başçısı NATO ölkələrinin Ukrayna qarşısında öhdəliklərini sonadək yerinə yetirmədiklərini etiraf edib.
O bu xüsusda ABŞ-dan yardımın 6 ay ləngidiyini və Avropa İttfaqından Kiyevə silah-sursat göndərilməsində yaranmış çətinlikləri vurğulayıb.
Bununla yanaşı NATO-nun baş katibi vəziyyətin yaxşıya doğru dəyişəcəyini deyib:
"Ukraynanın qələbə qazanması üçün hələ də gec deyil. Məhz buna görə də NATO müttəfiqlərinin vəd etdiklərimizi həqiqətən də icra etmələri vacibdir. Vədlər real silah-sursat təchizatına çevrilməlidir”.
Stoltenberq bunu da qeyd edib ki, NATO ilə əməkdaşlıq Kiyevin alyansa qoşulmasını labüd edir. Lakin o bununla yanaşı bildirib ki, bu məsələni alyansın iyul ayında Vaşinqtonda keçiriləcək sammitində müzakirə etmək mümkün olmayacaq.
Hər hansı ölkənin NATO-ya üzv olması üçün bütün 32 üzv ölkənin razılığı tələb olunur.
NATO -ya üzvlük məsələsi
Öz növbəsində Volodimir Zelenski vurğulayıb ki, bu, Stoltenberqin Ukraynaya müharibə başlanandan bəri üçüncü səfəridir.
Zelenskinin sözlərinə görə Ukrayna və NATO ölkənin müstəqilliyi dövründə əməkdaşlığın yüksək səviyyəsinə çatıblar, lakin bu, mümkün olan səviyyələrin heç də hamısı deyil.
Bundan əvvəl The New York Times qəzeti mənbələrə istinadla yazmışdı ki, Ukraynanın NATO üzvlüyünə qarşı ABŞ və Almaniya çıxırlar. Mənbələrin dediyinə görə Berlin və Vaşinqton Avropada 1945-ci ildən bəri baş vermiş ən böyük münaqişəyə cəlb olunmaqdan çəkinirlər.
AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, Ukraynanın alyansa üzvlüyü məsələsi ən çox Şərqi və Mərkəzi Avropa ölkələri tərəfindən dəstəklənir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər