Levon Ter-Petrosyan saxta parlamenti toplaşmağa qoymur

Xəbərin çap versiyası
Tarix: 11-04-2017, 09:00
Levon Ter-Petrosyan saxta parlamenti toplaşmağa qoymur


Ermənistan parlamentinin yeni tərkibi nəzərdə tutulduğu kimi, 27 apreldə ilk iclasını keçirməkdən məhrum edilə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu, sabiq prezident Levon Ter-Petrosyanın qərarından asılıdır. Belə ki, eks-prezidentin liderlik etdiyi “Konqress-EXP” bloku parlament seçkilərinin nəticələrinin ləğvi şikayəti ilə Konstitusiya Məhkəməsinə şikayət etsə, Ermənistan parlamentinin bu aya nəzərdə tutulan ilk iclası ertələnəcək.

Bununla bağlı konstitusiya hüquqları üzrə mütəxəssis Qrayr Tovmasyan mətbuata açıqlamasında deyib. Tovmasyanın sözlərinə görə, Konstitusiya Məhkəməsinə 14 aprel saat 18.00-dək şikayət ünvanlansa, o halda 15 gün ərzində şikayətin araşdırılmasına vaxt sərf olunacaq, bu müddət isə 29 apreldə başa çatacaq. Məhkəmənin yekun qərar verməsi halında erməni parlamenti 18 mayda ilk plenar iclasını keçirə bilər.


Hələ ki, “Konqress-EXP” məsələ ilə bağlı son qərarını elan etməyib. Hətta 9 apreldə MSK saxta nəticələri elan etdikdən sonra da blokun reaksiyası olmadı. Bundan əvvəl isə, saxta nəticələrin ləğvi üçün Ali Məhkəməyə şikayət olunmuşdu. Görünən budur ki, Levon Ter-Petrosyan Serj Sərksiyan hakimiyyətinin qara kölgəsinə çevrilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz