"Azərsun Holdinq": Yerli bazarda saxta məhsullar var

Xəbərin çap versiyası
Tarix: 12-04-2017, 11:16
"Azərsun Holdinq": Yerli bazarda saxta məhsullar var


"Rəqabət hər yerdə var, amma biz hər yerdə və hər zaman sağlam rəqabət axtarırıq"

"Azərsun Holdinq" ixracatla bağlı dövlətin dəstəyini daim hiss edib". SİVİL.AZ xəbər verir ki, "APA-Economics"-in məlumatına görə bunu Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı "Azərsun Holdinq" MMC-nin baş icraçı direktoru Savaş Uzan bildirib.

"Rəqabət hər yerdə var, amma biz hər yerdə və hər zaman sağlam rəqabət axtarırıq. Yerli bazarda saxta məhsullarla rastlaşırıq. Çox istərdim ki, bütün şirkətlər təmiz rəqabət aparsınlar və Azərbaycanı böyütsünlər. Yerli istehsalat böyüməlidir. Azərbaycanın qida təhlükəsizliyi təmin olunmalıdır. Bir daha üzümü bütün şirkətlərə tutaraq təmiz rəqabət aparmağa dəvət edirəm", - deyə S. Uzan bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz