Malena Mard: Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır

Xəbərin çap versiyası
Tarix: 12-04-2017, 14:18
Malena Mard: Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır


Avropa İttifaqı (Aİ) Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır.

SİVİL.AZ xəbər verir ki, bunu Trend-ə IV beynəlxalq “Caspian Energy” forumunda iştirak edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, bu forum enerji sahəsində fikir mübadiləsi üçün yaxşı platforma yaradır:

“Energetika, nəqliyyat və ətraf mühit üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası zamanı biz azərbaycanlı həmkarlarımızla enerji sahəsi üzrə danışıqlar aparmaq və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi perspektivlərini müzakirə etmək imkanı əldə etdik”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz