DGK sədri GUAM-ın baş katibi ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 13-04-2017, 00:30
DGK sədri GUAM-ın baş katibi ilə görüşüb


Dövlət Gömrük Komitəsinin sədri (DGK) Aydın Əliyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.

SİVİL.AZ xəbər verir ki, DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, A. Əliyev Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib və əməkdaşlıq münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır.

A. Əliyev indiyədək Bakı şəhərində GUAM çərçivəsində bir çox tədbirlərin keçirildiyini, həmçinin təşkilatın Ticarət və Nəqletməyə Yardım layihəsinin gömrük və sərhəd sahəsində bir sıra planların gerçəkləşdirilməsində, onların fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsində region üçün etibarlı platforma kimi çıxış etdiyini vurğulayıb.

GUAM-ın baş katibi Azərbaycanın təşkilata üzv olan dövlətlər arasında bütün sahələrdə, eləcə də gömrük sahəsində əməkdaşlığın inkişafına töhfəsini məmnunluqla qeyd edib. Ticarət və Nəqletməyə Yardım layihəsinin üzv ölkələr qarşısında mühüm vəzifələr qoyduğunu söyləyən baş katib vurğulayıb ki, sözügedən layihə üzrə məsələlərin həlli müvafiq orqanlar arasında əlaqələri möhkəmləndirib, bu əlaqələr istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə töhfəsini əsirgəməyib.

Görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin perspektiv inkişafı müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz