Qırğızıstanda keçirilən PEMPAL Beynəlxalq Büdcə Birliyinin iclasında Azərbaycan da təmsil olunub

Xəbərin çap versiyası
Tarix: 16-04-2017, 00:30
Qırğızıstanda keçirilən PEMPAL Beynəlxalq Büdcə Birliyinin iclasında Azərbaycan da təmsil olunub


Bişkek şəhərində PEMPAL (Dövlət maliyyəsinin idarə edilməsində qarşılıqlı təcrübə mübadiləsi) Beynəlxalq Büdcə Birliyinin plenar iclası keçirilib. “Büdcənin idarəetmə vasitələri” mövzusunda keçirilən Avropa, MDB və Mərkəzi Asiyanın 14 ölkəsinin əlaqədar sahələrinin nümayəndələri iştirak ediblər.

SİVİL.AZ xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu iclasda iştirakçı ölkələrin maliyyə nazirliklərinin əməkdaşları dövlət büdcəsinin idarəçiliyi, büdcə siyasətinin təkmilləşdirilməsi və büdcə şəffaflığının təmini sahəsindəki islahatlarla bağlı məsələləri müzakirə ediblər. Bildirilib ki, dövlətin maliyyə sisteminin səmərəli istifadə olunması ölkənin sabit inkişafında mühüm rol oynayır, mövcud ehtiyatların düzgün bölüşdürülməsini və keyfiyyətli dövlət xidməti göstərilməsini təmin edir. Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd büdcənin idarəçiliyi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin aparılmasıdır. (АZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz