Azərbaycanın valyuta ehtiyatları artdı - 519 milyon dollar
Tarix: 18-04-2017, 15:33
Azərbaycanın valyuta ehtiyatları 2017-ci il aprelin 1-nə 37 639,9 mln. ABŞ dolları təşkil edib.
SİVİL.AZ “Report”-a istinadla xəbər verir ki, bunun 88,2%-i və yaxud 33 207,2 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 11,8%-i və yaxud 4 432,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 518,5 mln. dollar və yaxud 1,4% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 60,2 mln. dollar və yaxud 0,2%, AMB-nin valyuta ehtiyatlarında isə 458,3 mln. dollar və yaxud 11,4% olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 671,9 mln. dollar və yaxud 1,75% azalıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 1 038,8 mln. dollar və yaxud 3% azalıb, AMB-nin ehtiyatları isə 366,9 mln. dollar və yaxud 9% artıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər