Baku Şopinq Festivalında yerli və xarici dizaynerlər əl işlərini təqdim edirlər

Xəbərin çap versiyası
Tarix: 23-04-2017, 09:00
Baku Şopinq Festivalında yerli və xarici dizaynerlər əl işlərini təqdim edirlər


Qafqaz və Orta Asiyada ilk dəfə keçirilən Baku Şopinq Festivalında sərfəli alış-verişlə yanaşı, bir sıra yeniliklər də təqdim edilir.

SİVİL.AZ xəbər verir ki, festival çərçivəsində yerli və xarici dizaynerlərin əl işlərindən ibarət “Fashion Pavilion” fəaliyyətə başlayıb. Buradan həm yerli, həm də xarici dizaynerlərin əl işlərini əldə etmək mümkündür. “Fashion Pavilion” istənilən tərzdə eksklüziv brendlərin tikiliş və satışını həyata keçirir.

Pavilyonda yerli dizaynerlərlə gündəlik görüşlər təşkil olunur və müştərilər fərdi paltarların tikilişini sifariş edə bilirlər. Nümayiş olunan mallar yüksək keyfiyyət və müasir dəblə hazırlanıb. Pavilyonda sərgilənən məhsullar arasında milli üslubda hazırlanan geyim, aksesuar və mebel əşyalarına maraq böyükdür. Həm paytaxt sakinləri, həm də xarici qonaqların xüsusilə diqqətini çəkən isə milli sərvətimiz, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən kəlağayıdır.

Beləliklə, yerli dizaynerlər festival çərçivəsində həm öz məhsullarını satışa çıxarır, həm də turistlərə milli adət-ənənəmizi, mədəniyyətimizi tanıdır. Satışa çıxarılan milli geyim və aksesuarlar sırasında bir zamanlar əsas baş geyimi hesab olunan araqçın da var.

Pavilyonda müştərilərə milli ornamentli mebel əşyaları və qablar da təqdim olunur.

Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları turizmin inkişafına və xaricdən turist axınının artmasına müsbət təsir göstərir. Dünya Turizm Təşkilatının hesabatında da ticarət festivalları nəticəsində ev sahibliyi edən ölkəyə turist axınının 30 faizədək artdığı bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz