Raymondas Petrenas: Azərbaycan bazarı bizim üçün yenidir

Xəbərin çap versiyası
Tarix: 26-04-2017, 16:41
Raymondas Petrenas: Azərbaycan bazarı bizim üçün yenidir


Bizim şirkət dünya brendləri arasında örtüklərin ən geniş çeşidinə malikdir. Azərbaycan bazarı bizim üçün yenidir. Biz Bakıda keçirilən “Road&Traffiс” sərgisində debüt edirik və öz biznesimizi birgə inkişaf etdirmək üçün burada tərəfdaş və distribüterlər tapmağa ümid bəsləyirik.

SİVİL.AZ xəbər verir ki, bu sözləri "TransCaspian/Translogistica" 2017 sərgisində öz stendi ilə təmsil olunan “Basler Lacke” şirkətinin MDB ölkələrində biznesinin inkişafı üzrə məsul şəxsi Raymondas Petrenas söyləyib.

R. Petrenas deyib: “Bu yaxşı başlanğıcdır və Azərbaycanda şirkətimiz üçün yeni imkanlar yaranacağını göstərir. Biz ümid edirik ki, məhsullarımız mövcud infrastruktura yaxşı inteqrasiya olunacaq. Biz brendimizi səciyyələndirən sabitlik və keyfiyyətə zəmanət veririk”.

“Basler Lacke” şirkəti bütün dünyada yol, avtomobil dayanacağı, velosiped yolları və digər yollar üçün İsveçrədə istehsal olunan boya və örtüklərin istehsalı sahəsində liderdir. Biz yol hərəkətinin həm təhlükəsizliyinə, həm də yaxşılaşdırılmasına çalışırıq. Şirkətin təxminən 90 illik fəaliyyət təcrübəsi məhsullarımızın Avropa ölkələrində özünü doğrultduğunu sübut edir”, - deyə Petrenas bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz