Çinin idxal etdiyi ən bahalı neft Azərbaycanın payına düşür

Xəbərin çap versiyası
Tarix: 27-04-2017, 10:28
Çinin idxal etdiyi ən bahalı neft Azərbaycanın payına düşür


2017-ci ilin yanvar-mart aylarında neft idxalını 15% artıraraq 104,77 mln. tona çatdırıb.


SİVİL.AZ xəbər verir ki, cari ilin I rübündə neft idxalı Çinə 40,82 mlrd. dollara başa gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,7% çoxdur.

Hesabat dövründə Çinin ən iri neft təchizatçısı Səudiyyə Ərəbistanı olub. Çin krallıqdan 14,36 mln. ton neft idxal edib ki, bu da 4,9% çoxdur. Səudiyyə Ərəbistanın bu əməliyyatlardan qazancı 5,72 mlrd. dollar olub ki, bu da ötən ilin I rübü ilə müqayisədə 64,1% artımdan xəbər verir. Səudiyyə Ərəbistandan idxal olunan neftin 1 tonunun orta qiyməti 144 dollar artaraq 398 dollara çatıb.

Qeyd edilən müddət ərzində Rusiya Çinə neft ixracını 12% artıraraq 13,58 mln. tona çatdırıb. İxracın dəyəri 74,% artaraq 5,52 mlrd. təşkil edib. Rusiyanın Çinə satdığı neftin 1 tonu 145 dollar bahalaşaraq 406,5 dollara çatıb.

Çinin üçüncü ən iri neft təchizatçısı isə Anqoladır. Afrika ölkəsindən Çinə 12,88 mln. ton neft ixrac olunub ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 12,7% çoxdur. Anqolanın Çinə satdığı neftdən əldə etdiyi gəlir 64,3% artaraq 5,06 mlrd. dollar təşkil edib. Çinin Anqoladan idxal etdiyi neftin 1 tonunun orta qiyməti 123 dollar artaraq 393 dollara çatıb.

Hesabat dövründə Çin həmçinin İraq, Oman və İrandan neft idxalını müvafiq olaraq 19,6%, 9,1% və 8% artırıb. Ötən rüb ərzində İraq Çinə 9,6 mln. ton, Omandan 8,87 mln. ton, İrandan 6,82 mln. ton neft idxal edib.

Hesabat dövründə Çinin idxal etdiyi ən bahalı neft Azərbaycan neftidir - 1 ton 436,7 dollar. Ən ucuz nefti isə Çin Venesueladan alır - 1 tonu 298,8 dollar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz