Minskdə "Azərbaycan Ticarət Evi"nin açılışı olacaq
Tarix: 12-05-2017, 19:09
Belarusda "Azərbaycan Ticarət Evi"nin açılış mərasimi keçiriləcək.
SİVİL.AZ-ın məlumatına görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, açılış mayın 26-da iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus Respublikasına səfəri çərçivəsində baş tutacaq. Ticarət Evində Azərbaycan məhsullarının daimi fəaliyyət göstərən sərgisi təşkil olunacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər