FED rəhbəri: “Uçot dərəcəsinin artması davam edəcək”

Xəbərin çap versiyası
Tarix: 15-06-2017, 03:00
FED rəhbəri: “Uçot dərəcəsinin artması davam edəcək”


ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsi və ABŞ ÜDM artımı üzrə proqnozları dəyişməz saxlayıb.

SİVİL.AZ-ın xəbərinə görə, mətbuat konfransında çıxış edən FED rəhbəri Cannet Yellen bəyan edib ki, uçot dərəcəsinin gələcəkdə də artması gözlənilir.

Onun sözlərinə görə, FED bunu ilin sonu uçun ölkədə bank kreditinin baza uçot dərəcəsinin 1,4%, 2018-ci ildə 2,1%, 2019-cu ilin sonunda isə 2,9% təşkil edəcəyi ilə əsaslandırıb.

FED həmçinin ABŞ ÜDM-un bu il 2,2%, 2018-ci ildə 2,1%, 2019-cu ildə isə 1,9% artacağını proqnozlaşdırıb. Bu göstəricilər, demək olar ki, mart ayındakı rəqəmlərlə tam üst-üstə düşür.

Qeyd edək ki, iyunun 14-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,75-1%-dən səviyyəsindən 1-1,25%- dək artırıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz