Azərbaycanda hansı məmur 65.000 manat maaş alır? - CAVAB
Tarix: 12-07-2017, 21:45
Maliyyə bazarlarına nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının aylıq gəliri 65000 manatdan ibarətdir.
SİVİL.AZ xəbər verir ki, bu barədə dövlət strukturunun məvacib sənədinə istinadən Moderator.az məlumat yayıb.
Bundan başqa Rüfət Aslanlının müavini ayda 38 min manat, Palatanın icraçı direktoru isə 18 min manat alır. Dövlət strukturunun departament direktorları ayda 10 min manat, sıravi əməkdaşları isə 800-1500 manat arası məvacib alırlar.
Qeyd etmək lazımdır ki, bu dövlət strukturları arasında ən yüksək rəsmi məvacibdir. Rüfət Aslanlının və onun iki müavininin məvacibinə ildə 2 milyon manat sərf edilir.
Maliyyə bazarlarına nəzarət palatasının rəhbərinin məvacibi ölkə prezidentinin məvacibindən bir neçə dəfə, ümumi əmək haqqından isə 130 dəfə çoxdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər