Aqil Abbas: "Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz"

Xəbərin çap versiyası
Tarix: 15-07-2017, 16:24
Aqil Abbas: "Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz"


"Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram".

SİVİL.AZ femida.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırdı:

“Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz