Büdcə kəsiri ötən ilə nisbətdə azalıb
Tarix: 16-08-2017, 01:00
2017-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7724,8 milyon manat vəsait daxil olub.
SİVİL.AZ xəbər verir ki, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 8193,7 milyon manat xərclənib.
Büdcənin icrasında yaranan 468,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,5 faizinə bərabər olub.
Qeyd edək ki, büdcəyə daxilolmaların 20,0 faizi əlavə dəyər vergisi, 15,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 11,4 faizi digər vergilər, 42,8 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.
Büdcə vəsaitlərinin 24,3 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 14,9 faizi sosial müdafiə və sosial təminat, 16,1 faizi ümumi dövlət xidmətləri, 15,0 faizi təhsil və səhiyyə sahələrinin, 29,7 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər